Ağcaqanad dişləməsi ilə başlayan təhlükə: Çikunqunya virusu həyat keyfiyyətini ciddi şəkildə məhv edir

Ağcaqanad dişləməsi ilə başlayan təhlükə: Çikunqunya virusu həyat keyfiyyətini ciddi şəkildə məhv edir






presstv

"Presstv"az #Audi, #Körpə, #qızdırma, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Çikunqunya virusuna (ağcaqanadların dişləməsi ilə insanlara keçən, yüksək qızdırma və şiddətli, bəzən xroniki oynaq ağrılarına səbəb olan arbovirus) yoluxmanın əsas təhlükəsi onun yüksək ölüm nisbəti deyil, xəstəliyin uzunmüddətli, zəiflədici gedişi və ağır fəsadlarıdır”.

presstvaz xəbər verir ki, bunu TASS agentliyinə açıqlamasında rusiyalı alim Murad Şahmərdanov deyib.

Onun sözlərinə görə, çikunqunya qızdırmasının əsas təhlükəsi yüksək ölüm riski ilə deyil, uzun sürən və insanı zəiflədən xəstəlik gedişi ilə bağlıdır:

“Əsas problemlər xroniki artrit və artralgiyadır. Sağalan xəstələrin 30-40 faizində aylarla, hətta illərlə davam edə bilən xroniki oynaq ağrıları yaranır. Bu isə həyat keyfiyyətini və iş qabiliyyətini ciddi şəkildə azaldır. Yeni doğulmuş körpələrdə, yaşlı insanlarda və xroniki xəstəlikləri olan şəxslərdə sinir sisteminin zədələnməsi (ensefalit, meningit), miokardit, ağır trombositopeniya və qanaxmalarla müşayiət olunan ağır formalar da mümkündür”.

Mütəxəssis izah edib ki, xəstəlik adətən qəfil başlayan yüksək qızdırma, şiddətli oynaq ağrıları və dəri səpgiləri ilə özünü göstərir. Oynaq ağrıları çox vaxt o qədər güclü olur ki, xəstə hərəkət etməkdə ciddi çətinlik çəkir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv