Sosial mediada söyüş və nifrət nitqi cəmiyyəti təhlükə qarşısında qoyur

Sosial mediada söyüş və nifrət nitqi cəmiyyəti təhlükə qarşısında qoyur






Rəşad Cəfərli

"Presstv"az #Azərbaycan, #Mətbuat Şurası, #Rəşad CƏFƏRLİ, #Sosial şəbəkələr, #TikTok, #Tiktoker, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mətbuat Şurası bloger və tiktokerlərə ciddi xəbərdarlıq etdi
       presstvaz bildirir ki, Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası son dövrlər sosial şəbəkələrdə müşahidə olunan neqativ hallarla bağlı açıqlama yayıb. Açıqlamada xüsusilə “TikTok” və “YouTube” platformalarında aparılan canlı yayımlar zamanı açıq söyüşlərə, təhqirlərə, əxlaqsız davranışlara və nifrət nitqinə geniş şəkildə rast gəlindiyi vurğulanır.

Komissiyanın mövqeyinə görə, bu cür davranışlar cəmiyyətdə aqressiv mühitin formalaşmasına səbəb olmaqla yanaşı, milli-mənəvi dəyərlərə də ciddi zərər vurur. Bildirilir ki, xüsusilə xaricdə yaşayan bəzi blogerlər, tiktokerlər və ayrı-ayrı şəxslər sosial şəbəkələrdə canlı yayımlar vasitəsilə insanları açıq şəkildə təhqir edir, alçaldır və süni qarşıdurma mühiti yaradırlar.

       Mətbuat Şurası qeyd edir ki, bu cür hallar nə etik normalara, nə də ifadə azadlığının mahiyyətinə uyğun gəlir. Vurğulanır ki, ifadə azadlığı heç bir halda təhqirə, söyüşə, nifrət nitqinə, yalan məlumat yayımına və ictimai manipulyasiyaya bəraət qazandıra bilməz.

        Açıqlamada həmçinin diqqətə çatdırılır ki, sosial media müasir informasiya məkanının ayrılmaz hissəsidir və burada yayılan hər bir məlumat həm ictimai, həm də hüquqi məsuliyyət yaradır. Bu baxımdan Mətbuat Şurasının Sosial Media İstifadəçiləri ilə Əlaqələr Komissiyası sosial şəbəkələrdə fəaliyyət göstərən bütün istifadəçiləri, o cümlədən blogerləri və tiktokerləri qanunvericiliyə, etik normalara və ictimai məsuliyyət prinsiplərinə uyğun davranmağa çağırır.

Rəşad CƏFƏRLİ,

presstvaz – Azərbaycanın etibarlı informasiya mənbəyi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.