“Haber Global” Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri ilə bağlı videosüjet hazırlayıb

“Haber Global” Azərbaycan Prezidenti İlham Əliyevin BƏƏ-yə səfəri ilə bağlı videosüjet hazırlayıb






presstv

"Presstv"az #Audi, #Avto, #Azərbaycan, #Birləşmiş Ərəb Əmirlikləri, #Haber Global, #İlham Əliyev, #Məhəmməd bin Zayed Al Nəhyan, #Nəqliyyat, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Prezidenti İlham Əliyev diplomatik danışıqların aparılması üçün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabiyə səfər edib. İlham Əliyev hava limanında BƏƏ Prezidenti Məhəmməd bin Zayed Al Nəhyan tərəfindən mərasimlə qarşılanıb.

presstvaz-ın xəbərinə görə, “Haber Global” “YouTube” kanalı səfərlə bağlı videosüjet hazırlayıb.

“Azərbaycan Prezidentinin şərəfinə hərbi kontingent yaradılıb və mərasimdən sonra iki lider eyni nəqliyyat vasitəsində hava limanından yola düşüb. Avtomobili Al Nəhyan idarə edib. Daha sonra İlham Əliyev və Al Nəhyan arasında təkbətək görüş baş tutub. Görüşdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərin strateji tərəfdaşlıq əsasında inkişaf etdiyi vurğulanıb, siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə əməkdaşlığın artmasından məmnunluq ifadə edilib.

Sammitdə, həmçinin iki ölkənin Əbu-Dabidə keçirdiyi “Sülh Qalxanı – 2026″ birgə təlimi də müzakirə olunub. Təlimin iki ölkənin silahlı qüvvələri arasında koordinasiyanı gücləndirdiyi qeyd edilib.

Görüşdən sonra İlham Əliyev və Al Nəhyanın iştirakı ilə enerji sektoru üzrə müqavilə imzalanıb. Bundan əlavə, iki ölkənin müdafiə nazirlikləri arasında əməkdaşlığa dair niyyət məktubuna da imza atılıb”, – deyə materialda bildirilib.

Daha ətraflı videosüjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv