Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?






presstv

"Presstv"az #Ailə, #Audi, #Avto, #Azərbaycan, #Xalq şairi, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Retro Baku” verilişinin növbəti buraxılışı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair Nüsrət Kəsəmənliyə həsr olunub.

Şairin oğlu Rəşad Kəsəmənli atasının həyatındakı ən həssas məqamlardan birinə toxunaraq deyib:

“Atamın keçmiş sevgilisi Sevda xanım dünyadan köçəndən sonra atam anamla ailə qurub. Amma həmin xanım ölüm yatağında olanda anam atamı onun yanına göndərmişdi. Dedi ki, mütləq şəkildə onun yanına get. Bu gün bunu edə biləcək qadın yoxdur”.

Rəşad Kəsəmənlinin sözlərinə görə, anasının bu mənəvi böyüklüyü atasının yaradıcılığında həlledici rol oynayıb:

“Əgər anamdan başqa biri atamın həyatına daxil olsaydı, Nüsrət Kəsəmənli bəlkə də, bu zirvəyə yüksələ bilməzdi. Çünki yaradıcı insan azad olmalıdır. Onu sıxan, məhdudlaşdıran müdaxilələr varsa, yaradıcılıq ortaya çıxa bilməz”.

Xalq şairi Sabir Rüstəmxanlı isə Nüsrət Kəsəmənlinin möcüzəvi şəkildə sağ qaldığı ağır avtomobil qəzasını xatırlayıb:

“Günlərin birində oğlum zəng vurub dedi ki, “ata, bilirsən, Nüsrət əmi qəzaya düşüb, deyirlər, ölüb”. Nüsrətin telefonuna zəng etdim, telefonu özü açdı. Dedim, sən sağsan? Nüsrət “hələ sağam, ölümdən qayıtmışam” dedi”.

Musiqiçi, bəstəkar Cabbar Musayev isə Nüsrət Kəsəmənlinin son günləri haqda danışıb:

“Dövlət tərəfindən dedilər ki, əməliyyat üçün səni üç ölkədən birinə göndərə bilərik. Nüsrət Kəsəmənli isə “mən Təbrizə getmək istəyirəm” dedi. Əməliyyatdan sonra onu palataya köçürdülər. Bağırsağından qan açıldı. Bu hal vaxtında hiss edilmədi və Nüsrət Kəsəmənli ən adi, gözlənilməz bir səbəbdən dünyasını dəyişdi”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv