Sabirabadda uçan körpü yenidən tikiləcək

Sabirabadda uçan körpü yenidən tikiləcək






presstv

"Presstv"az #Audi, #Avto, #avtomobillər, #Nəqliyyat, #Sabirabad, #Sabirabad rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabirabad rayonunun Sərxanbəyli kəndi ərazisində Aşağı Mil-Muğan kollektoru üzərindəki uçan körpü yenidən tikiləcək.

presstvaz “Report”a istinadla xəbər verir ki, təxminən 6 minə yaxın sakinin istifadə etdiyi körpü qəzalı vəziyyətə düşdükdən sonra Sərxanbəyli kəndi ilə yanaşı, bir neçə yaşayış məntəqəsi iflic vəziyyətə düşüb.

Sakinlər avtomobillərini kollektorun bir sahilində saxlayır, digər tərəfə piyada keçməyə və ya taksi çağırmağa məcbur olurlar.

Onların sözlərinə görə, körpü uçduqdan sonra uzun məsafə qət etmək vaxt baxımından böyük çətinliklər yaranıb.

Məlumata görə, körpü Aşağı Muğan Meliorasiya İdarəsinin balansında olub və 50 ildən artıq istismar edilirdi. 2020-ci ildə qəzalı vəziyyətə düşdüyü üçün yalnız 2 tonluq nəqliyyat vasitələrinin hərəkətinə icazə verilirdi. Xəbərdarlıqlara baxmayaraq, ağırtonnajlı texnikanın körpüdən keçməsi sonda uçquna səbəb olub.

Ötən ilin sonlarında körpü tamamilə uçaraq yararsız hala düşüb. Hazırda körpünün yaxınlığında alternativ yolun çəkilişi üçün hazırlıq görülür.

Aşağı Muğan Meliorasiya İdarəsindən bildirilib ki, yeni körpünün tikintisi ilə bağlı aidiyyəti qurumlara müraciət edilib. Mütəxəssislər tərəfindən əraziyə baxış keçirilib, aktlar tərtib olunub və smeta-layihə sənədləri hazırlanıb. Planlaşdırılıb ki, 2026-cı ildə yeni körpü tikilərək sakinlərin istifadəsinə verilsin.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv