Təzyiqin düşməni olan 4 amil

Təzyiqin düşməni olan 4 amil






presstv

"Presstv"az #Artıq çəkidən qurtulma, #Həkim, #Sağlam qidalanma, #Siqaret, #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ruiyalı kardioloq Denis Prokofyev hipertoniya diaqnozu qoyulmadan sağlam həyat sürməyin yollarını açıqlayıb.

presstvaz xəbər verir ki, mütəxəssis arterial təzyiqin yüksəlməsinə səbəb olan amilləri aradan qaldırmaqla bu xəstəlikdən qorunmağın mümkün olduğunu bildirib. O, artıq çəkidən qurtulmağın və zərərli vərdişlərdən imtina etməyin yüksək təzyiq riskini minimuma endirdiyini vurğulayıb.

Həkimin sözlərinə görə təzyiqin qəfil sıçrayışları əsasən stress, duzlu qidalardan həddindən artıq istifadə, spirtli içkilər və siqaret çəkmə fonunda baş verir.

Prokofyev qeyd edib ki, "Simptomatik forma kimi təzyiqin yüksəlməsi halları demək olar ki, hər kəsdə olur, lakin bəzən arterial hipertoniyanın inkişaf riskini azaltmaq üçün sadəcə təhrikedici amilləri aradan qaldırmaq kifayətdir". O, insanların təzyiq göstəricilərinə vaxtında diqqət yetirməsinin vacibliyini xüsusi qeyd edərək "İnsanlar yüksək təzyiqə nə qədər tez diqqət yetirsələr və mümkün səbəbləri müəyyən etsələr, hipertoniya diaqnozundan qaçmaq şansı bir o qədər çox olar" sözlərini əlavə edib.

Kardioloq bildirib ki, mütəxəssislər diaqnoz qoyarkən 120-nin 80-ə olan təzyiq göstəricisini əsas götürürlər. Bu həddi aşan göstəricilər artıq bədənin verdiyi bir siqnal kimi qəbul edilməlidir. Sağlam qidalanma və aktiv həyat tərzi ilə yanaşı, mütəmadi tibbi müayinələrin də xroniki hipertoniyanın qarşısını almaqda böyük rolu olduğu bildirilir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv