Rusiyada doğum evində doqquz körpə öldü, xəstəxana bağlandı

Rusiyada doğum evində doqquz körpə öldü, xəstəxana bağlandı






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Cinayət işi, #Hadisə, #Həkim, #Körpə, #Rusiya, #Səhiyyə Nazirliyi, #Vəzifə, #Yoluxucu xəstəlik

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rusiyanın Novokuznetsk şəhərindəki doğum evində Yeni il tətili zamanı doqquz körpə ölüb.

presstvaz TASS-a istinadən xəbər verir ki, Kuzbas bölgəsinin səhiyyə naziri Andrey Tarasov faktı təsdiqləyib:

“Belə hadisə baş verib. Hazırda araşdırma aparılır. Səhiyyə Nazirliyinin komissiyası vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə baş çəkib. İstintaq başa çatdıqdan sonra rəsmi açıqlama verəcəyik”.

“Doğum evində tənəffüs yoluxucu xəstəliklərin yayılma səviyyəsi həddi aşdığı üçün sanitar və epidemioloji səbəblərə görə karantin tədbirləri müddətində xəstələrin xəstəxanaya yerləşdirilməsi dayandırılıb. Xəstəxanada kadr çatışmazlığı yoxdur. Yenidən açılma tarixini daha sonra elan edəcəyik”, – deyə doğum evinin saytında bildirilib.

Kemerovo vilayətinin qubernatoru İlya Seredyukun verdiyi açıqlamaya görə, sözügedən xəstəxananın baş həkimi Vitali Xeraskov vəzifəsindən kənarlaşdırılıb:

“Müvafiq qurumlar 1 nömrəli Novokuznetsk Şəhər Klinik Xəstəxanasında yoxlama aparıblar. Baş həkim Vitali Xeraskovu yoxlama müddətində vəzifəsindən kənarlaşdırmaq qərarına gəldim və Kuzbas səhiyyə nazirinə müvafiq göstərişlər verdim”.

Ölüm səbəbləri yaxın günlərdə aparılacaq testlərdən sonra müəyyən ediləcək.

Təxminən 528 min əhalisi olan Novokuznetsk şəhərində cəmi iki doğum evi var. Onlardan biri bağlandıqdan sonra bütün doğuşlar digər xəstəxanada həyata keçirilir.

Doğum evində baş verən ölüm faktları üzrə bir neçə maddə ilə cinayət işi açılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv