Loğman Kərimov: “Atamla anamı beş il həbsdə saxladılar”

Loğman Kərimov: “Atamla anamı beş il həbsdə saxladılar”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #İran, #SSRİ, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Baku TV-nin “Qapqara” verilişinin yeni buraxılışının qonağı Əməkdar artist Loğman Kərimov olub.

O, atasının mübarizə ilə keçən həyat yolundan söz açıb: “O zamanlar atam pul qazanmaq üçün Azərbaycandan İrana köçmüşdü. Orada inqilaba qoşuldu. Seyid Cəfər Pişəvərinin 101 fədaisindən biri idi. Bunu ilk dəfədir ki, etiraf edirəm. O zamanlar Milli Hökuməti qurdular, amma az yaşadı. Sonra SSRİ-nin, ingilislərin təzyiqi ilə bu hökumət dağıldı. Atamla anamı 5 il həbsdə saxladılar”.

L.Kərimov, həmçinin “Qəzəlxan” filmində şair Əliağa Vahidi canlandırmasından bəhs edib:

“Konkret bir insanı oynamaq çətindir. Mənim üçün bu obrazın təsirindən çıxmaq uzun zaman aldı. Əliağa Vahid kimi bir insanı canlandırmaq böyük məsuliyyət idi. Bu filmə üç dəfə baxmışam. Hər dəfə izləyəndə görürəm ki, Əliağa Vahid çox əziyyət çəkib. O, yeganə şairdir ki, qəzəlləri hər gün radioda səsləndirilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv