Saçlar niyə vaxtından tez ağarır? – Stresslə əlaqəsi yoxdur

Saçlar niyə vaxtından tez ağarır? – Stresslə əlaqəsi yoxdur






presstv

"Presstv"az #Araşdırma, #DNT, #Stres, #Yaponiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Yaponiyanın Tokio Universitetində aparılan yeni araşdırma saçların ağarmasına fərqli izah gətirib.

presstvaz xəbər verir ki, tədqiqat göstərir ki, saçların ağarması təkcə yaşlanmanın və ya stressin nəticəsi deyil, bədənin xərçəngə çevrilə biləcək zədələnmiş hüceyrələri məhv etmək üçün işə saldığı təbii müdafiə mexanizmi ola bilər.

Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə piqment yaradan kök hüceyrələrin DNT zədələnməsi zamanı xərçəngə çevrilmək əvəzinə özünü məhv etdiyini müşahidə ediblər. Bu proses isə saçların ağarmasına gətirib çıxarır. "Nature Cell Biology" jurnalında dərc olunan araşdırma bu reaksiyanın bədənin təhlükəli hüceyrələri sıradan çıxarmaq üçün aktivləşdirdiyi p53-p21 yolu ilə bağlı olduğunu göstərir.

Tədqiqatçılar bildirirlər ki, saçların ağarması bəzən bədənin hüceyrə səviyyəsində xərçənglə mübarizə apardığının bir siqnalı ola bilər. Mütəxəssislərin fikrincə, bu müdafiə mexanizmi düzgün işləmədikdə xərçəng riski arta bilər.

Yeni araşdırma saçların ağarmasının sadəcə qocalıq əlaməti deyil, bədənin özünü qoruma forması ola biləcəyini ortaya qoyur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv