Yaşlı hüceyrələri yenidən cavanlaşdırmaq mümkün olacaq

Yaşlı hüceyrələri yenidən cavanlaşdırmaq mümkün olacaq






presstv

"Presstv"az #Araşdırma, #Dərman vasitələri

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər hüceyrələrin enerji mərkəzləri olan mitoxondriləri yeniləməyin yeni üsulunu tapıblar. “Nanoflower” adlı texnologiya sayəsində sağlam kök hüceyrələrin istehsal etdiyi əlavə enerjinin, zədələnmiş və yaşlanmış qonşu hüceyrələrə ötürülməsi mümkün olub. Bu yenilik, gələcəkdə ürək, beyin və əzələ xəstəliklərinin müalicəsində tamamilə yeni bir mərhələ aça bilər.

presstvaz xəbər verir ki, insan orqanizmində əksər hüceyrələrin içində yerləşən mitoxondrilər yaş artdıqca sayca azalır, fəaliyyəti zəifləyir və zədələnir. Bu enerji istehsal edən strukturların gücünün düşməsi isə ürək-damar, sinir sistemi və əzələ xəstəliklərinin inkişafına səbəb olan əsas amillərdən biridir.

Yeni tədqiqatda alimlər yaşlanan hüceyrələri nə genetik müdaxilə, nə də dərman vasitələri olmadan aktivləşdirməyin yolunu tapıblar. Biotibbi mühəndis Axileş Gaharvar bu prosesi belə izah edir: “Biz sağlam hüceyrələri elə təlimləndirdik ki, zəifləmiş hüceyrələrlə əlavə enerji ehtiyatlarını bölüşə bilsinlər.”

Tədqiqatçılar prosesin aktivləşməsi üçün “Nanoflower” – yəni nano çiçək formasında mikroskopik hissəciklərdən istifadə ediblər. Molybden disulfid maddəsindən hazırlanan bu nano çiçəklər hədəf toxumalarda toplanan zərərli oksigen molekullarını udmaq qabiliyyətinə malikdir.

Bu zərərli molekulların hüceyrə mühitindən təmizlənməsi kök hüceyrələrdə mitoxondri istehsalını artıran genlərin aktivləşməsinə səbəb olur. Nəticədə kök hüceyrələr adi vəziyyətdən dəfələrlə çox enerji istehsal etməyə başlayır.

Kök hüceyrələr təbii olaraq mitoxondri paylaşmaq xüsusiyyətinə malikdir. Lakin nanoflower texnologiyası bu prosesi gücləndirərək laboratoriya mühitində kök hüceyrələrin iki dəfə çox mitoxondri paylaşmasına səbəb olub.

Araşdırmanın əsas nəticələri belədir:

Ürək əzələsindəki hamar əzələ hüceyrələrində həyata keçirilən mitoxondri transferi canlılığı 3-4 dəfə artırıb.

Kimyaterapiyanın zədələdiyi ürək hüceyrələrində belə sağ qalma göstəriciləri xeyli yaxşılaşıb.

Zədələnmiş hüceyrələrin enerji səviyyəsi bərpa olunaraq daha sağlam fəaliyyət göstərməyə başladığı müşahidə edilib.

Alimlər hesab edir ki, bu üsul nəzəri olaraq orqanizmin istənilən bölgəsində yaşlanan hüceyrələri yeniləmək üçün istifadə oluna bilər. Məsələn:

  • Ürək xəstəliklərində birbaşa ürək əzələsinə,
  • Əzələ kütləsinin azalması (muskulyar distrofiya) kimi problemlərdə birbaşa əzələlərə tətbiq edilə bilər.

Tədqiqatçılardan Con Soukar bu metodun əhəmiyyətini belə dəyərləndirib: “Bu yanaşma çox sayda tibbi vəziyyətdə tətbiq oluna biləcək qədər ümidvericidir və biz hələ yolun başlanğıcındayıq.”

Alimlər araşdırmanın erkən mərhələdə olduğunu etiraf etsələr də, əldə edilən nəticələr yaşlanan toxumaları orqanizmin öz bioloji mexanizmləri ilə “yenidən enerji yığmağa” imkan verə biləcəyini göstərir. Əgər bu təbii enerji paylaşma sistemi təhlükəsiz şəkildə dəstəklənə bilsə, gələcəkdə hüceyrə yaşlanmasının bəzi təsirlərini yavaşlatmaq, hətta qismən geri çevirmək mümkün ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv