Turşunun faydaları nədir?

Turşunun faydaları nədir?






presstv

"Presstv"az #Arıqlama, #arıqlamaq, #Sağlamlıq, #sarımsaq, #Soyuqdəymə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Turşu evdə şüşə qabda və gigiyenik şəraitdə hazırlanarsa, sağlamlıq üçün faydalıdır. Həftənin 2 günü ovuc içi qədər istehlak edilməlidir. Sadəcə, sirkə və duz ilə hazırlanmış, tərkibində konservant olmayan turşuların istifadə olunması tövsiyə olunur.

presstvaz qafqazinfo-ya istinadən xəbər verir ki, turşunun qida ilə birlikdə istehlakı tərkibindəki sirkə səbəbindən orqanizmdə insulin ifrazını tarazlaşdıraraq qan şəkərini normada saxlayır, lakin şəkər və qan təzyiqi ilə yanaşı, böyrək və mədə xəstəliklərindən əziyyət çəkən insanlar üçün turşu yemək riskli hal ola bilər. Bu səbəbdən istehlak miqdarına nəzarət etmək vacibdir.

Turşu yüksək miqdarda lif tərkibli olduğu üçün yeməklə bərabər yeyildikdə tox tutur və orqanizmdə yağ depolanmasının qarşısını alır. Eyni zamanda, kalorisi az olduğu üçün arıqlamaq istəyənlərə kömək edir. Bədəndə itirilmiş maye və mineralları bərpa edir. Tərkibindəki sirkə əzələ ağrılarına təsir göstərir. Turşu suyunun idmançılarda baş verən əzələ spazmalarına qarşı ağrıkəsici effekti yaratdığı da qeyd edilir.

Turşu probiyotik tərkibli olduğundan bağırsaqların sağlamlığı üçün də vacibdir. Metabolik tullantıların bədəndən daha asan atılmasına kömək edir, qəbizlik problemini aradan qaldırır.

Turşuda istifadə olunan tərəvəzlər antioksidantla zəngindir. Antioksidantlar hüceyrələri bərpa edir, bununla da xərçəngin qarşısını alır. Sarımsaq, çuğundur və kələm turşularının tərkibində antioksidant səviyyəsi yüksəkdir. Müxtəlif növ turşuları istehlak etmək, orqanizmin minerallar və antioksidant qəbulunu təmin edir.

Tərkibindəki antioksidantlar, vitaminlər və minerallar səbəbindən turşu, ürək-damar xəstəliklərinə qarşı da qoruyucu təsir göstərir.

Çuğundur və kələm tərəvəzlərindən hazırlanan turşular bədəni soyuqdəymədən qoruya bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv