Yeni imtahan modeli şagirdləri çətin vəziyyətdə qoydu

Yeni imtahan modeli şagirdləri çətin vəziyyətdə qoydu






presstv

"Presstv"az #Audi, #Kamran Əsədov, #Orta məktəb, #Təhsil, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

9 illik təhsil səviyyəsi üzrə buraxılış imtahanında xarici dil fənlərindən tətbiq edilən yeni model gözlənilən nəticəni verməyib.

presstvaz Xəzər TV-yə istinadən xəbər verir ki, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, yeni modelə əsasən şagirdlərə şəkillər təqdim olunur və onlar həmin şəkillər üzrə bilik və bacarıqlarını yazılı şəkildə ifadə etməlidirlər. Lakin aparılan təhlillər göstərir ki, imtahan iştirakçılarının bu tapşırıqlara cavab vermə faizi kifayət qədər aşağıdır.

Ekspert bildirib ki, 2025-ci ildə tətbiq olunan bu yeni sual modeli effektiv nəticə verməyib:

“Aparılan sorğular göstərir ki, müəllimlər dərs prosesində bu tipli tapşırıqlardan istifadə etməyə çalışsalar da, model şagirdlərin bilik səviyyəsini tam əks etdirmir. Dövlət İmtahan Mərkəzi tərəfindən yazı bacarıqlarını yoxlamaq məqsədilə tətbiq edilən bu model özünü doğrultmayıb. Nəticədə, şagirdlərin topladığı bal səviyyəsi aşağı düşüb”.

Kamran Əsədov əlavə edib ki, modelin şagirdlərin nəticələrinə mənfi təsir göstərdiyi artıq müşahidə olunur və real bacarıqların qiymətləndirilməsi üçün yanaşmanın yenilənməsi vacibdir.

Yeni modelə əsasən, imtahan iştirakçılarına bir şəkil təqdim edilir və onlardan həmin şəkillə bağlı minimum 35 sözdən ibarət fikir yazmaları tələb olunur. Bu üsul şagirdlərin yazı bacarıqlarını ölçmək məqsədi daşıyır.

Ekspertin sözlərinə görə, bu il orta məktəblərin 9-cu sinfi bitirən təxminən 135 min şagird məhz bu model əsasında imtahan verib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv