“Card to Art” layihəsi “Araz”ın Xankəndi filialında

“Card to Art” layihəsi “Araz”ın Xankəndi filialında






presstv

"Presstv"az #Audi, #Heydər Əliyev, #Heydər Əliyev Fondu, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Veysəloğlu” şirkətlər qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsi təbiətin qorunması və ekologiyanın mühafizəsi istiqamətində layihələrini davam etdirir. Bununla bağlı “Təmiz Şəhər” ASC-nin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə “Card to Art” sosial-ekoloji layihə bu dəfə Xankəndidə həyata keçirilib.

Layihə çərçivəsində plastik kartları toplamaq üçün nəzərdə tutulan qutu “Araz” supermarketlər şəbəkəsinin Xankəndi filialında yerləşdirilib.

Xankəndi sakinləri istifadə müddəti başa çatan plastik (bank, nəqliyyat, endirim və s.) kartları “Araz”ın Xankəndi filialındakı qutuya ataraq bu bölgədə plastik tullantıların azalmasına töhfə verəcəklər.

Qeyd edək ki, layihə çərçivəsində müxtəlif məkanlarda yerləşdiriləcək xüsusi qutularda toplanacaq plastik kartlar yaradıcı şəxslərə yönləndiriləcək və onların toxunuşu ilə müxtəlif sənət əsərlərinə çevriləcək. Hazırlanmış incəsənət nümunələri Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan “Tullantıdan Sənətə” muzeyində təşkil ediləcək “Card to Art” sərgisində ziyarətçilərə təqdim olunacaq.

Xatırladaq ki, “Card to Art” sosial-ekoloji layihə çərçivəsində ilk qutu “Qutqaşınlı superstore” filialında yerləşdirilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv