“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd

“Kontakt”dan qazi və şəhid ailəsi üzvü olan 20 nəfərə tam təqaüd






presstv

"Presstv"az #Ailə, #Audi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkədə həyata keçirdiyi sosial layihələrlə tanınan “Kontakt” mağazalar şəbəkəsi bu il Zəfər Gününün 5 illiyi münasibətilə təqdirəlayiq bir addım atıb. Şəbəkə “Gələcəyi Yazanlar” təhsil proqramı çərçivəsində əlavə 20 nəfərin tam – 100% təqaüdlü təhsil xərclərini qarşılayıb.

Bu təşəbbüs yay aylarından start götürmüş “Kontakt” ilə “Div Academy”nin tərəfdaşlığı əsasında həyata keçirilən “Gələcəyi Yazanlar” təqaüd proqramının II dalğasının tərkib hissəsidir. Proqramın əsas mexanizmi tələbəyönümlüdür: müraciətçilər əldə etdikləri nəticəyə əsasən 60% və ya 40% təqaüd qazana bilirlər. Bundan əlavə, “Kontakt” bu layihədə bir xüsusilik də edib: sosial cəhətdən həssas əhali qrupundan 50 nəfərə tam 100% təqaüd də təqdim edib.

İndi isə Zəfər Gününün 5 illiyi münasibətilə bu rəqəmə əlavə yer də qoşulur. Zəfər yubileyinə görə “Kontakt” məhz qazi və şəhid ailəsi üzvü olan 20 nəfərin seçdiyi ixtisas üzrə təhsilin tam həcmini qarşılamağı öz üzərinə götürdü.

Proqram çərçivəsində ölkədə əmək bazarında ən çox tələb olunan istiqamətlər – Rəqəmsal Marketinq, Proqramlaşdırma, Data Science və IT Layihələri üzrə real bacarıqlar formalaşdırılır. Tədris müddəti seçilmiş sahə üzrə orta hesabla 6 ay davam edir və dərslər mütəxəssis təlimçilər tərəfindən əyani keçirilir.

Qeyd edək ki, “Kontakt” mağazalar şəbəkəsi illərdir ki, “Qarabağ Proqramı” çərçivəsində müxtəlif vətənpərvərlik layihələri həyata keçirir. İndiyədək “Qarabağ Proqramı” üzrə həyata keçirilən vətənpərvərlik layihələrinə 2 milyon manatdan artıq vəsait cəlb olunub. Şəbəkənin vətənpərvərlik missiyası bu gün də davam edir. “Kontakt” mağazalar şəbəkəsi yuxarıda bəhs edilən misilsiz təhsil imkanı ilə şəhid ailələrinin yanında olduğunu bir daha sübut edir və bu məsələlərə hər kəsi dəstək olmağa çağırır.

“Qarabağ Proqramı” ilə həyata keçirilən layihələrlə buradan tanış ola bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv