Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı

Luvrdan oğurlanmış qiymətli əşyaların kimə satılmaq istənildiyi açıqlandı






presstv

"Presstv"az #Audi, #Fransa, #İsrail

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İsrailin təhlükəsizlik və analitik məsələləri üzrə ixtisaslaşmış şirkəti “CGI Group” bəyan edib ki, ona oktyabrın 19-da Luvr muzeyindən oğurlanmış qiymətli əşyaların bir hissəsini “darknet” (Qaranlıq şəbəkə – red.) vasitəsilə əldə etmək təklif olunub.

presstvaz bu barədə “Bild” nəşrinə istinadən xəbər verir.

“Luvrdakı qarətdən beş gün sonra oğruların nümayəndəsi olduğunu iddia edən şəxs “CGI Group”un rəsmi saytı vasitəsilə bizimlə əlaqə saxlayıb. O, oğurlanmış incəsənət əsərlərinin “darknet” vasitəsilə alınması üçün danışıqlar aparmağa hazır olub-olmadığımızı soruşub və cavab vermək üçün 24 saatımızın olduğunu vurğulayıb”, – deyə şirkətin baş direktoru Tsivika Nave nəşrə bildirib.

O qeyd edib ki, ünsiyyət “CGI Group”un saytı üzərindən başlayıb və daha sonra “darknet”ə keçib.

“CGI Group” məsələni Fransa hüquq-mühafizə orqanlarına bildirib, lakin oğurlanmış qiymətli əşyaları geri qaytarmaq mümkün olmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv