İranlı milyonçu qadın Bakıda aldadılıb: “Üç milyon manatımı mənimsəyiblər”

İranlı milyonçu qadın Bakıda aldadılıb: “Üç milyon manatımı mənimsəyiblər”






presstv

"Presstv"az #ABŞ, #ABŞ dolları, #Audi, #Avto, #Bakı, #Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi, #Dollar, #İran, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İranlı milyonçu, iş xanımı Mojgan Abodi Bakıda təsis etdiyi “Azer Pak” MMC-nin sabiq baş mühasibi Fərhad Əfəndiyevin də aralarında olduğu şəxsləri 3 milyon manatdan çox vəsaiti mənimsəməkdə ittiham edib.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, 70 yaşlı F.Əfəndiyev istintaqın əvvəlində həbs edilib.

İş materiallarına əsasən, “Azer Pak” MMC iranlı qadın tərəfindən yaradılmış, sabun və digər yuyucu vasitələrin satışı ilə məşğul olan şirkətdir. Fərhad Əfəndiyev on il ərzində şirkətdə baş mühasib, bir müddət isə direktor vəzifələrini icra edib. O, təqaüdə çıxdıqdan sonra Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunub.

Cinayət baş verən dövrdə Amerikada yaşamış Mojgan Abodi ifadəsində deyib ki, şirkətin yaradılması üçün 5-6 milyon ABŞ dolları sərmayə qoyulub: “İttiham aktında göstərilən 3 milyon 218 min manat zərər düzgündür. Bizim bir neçə ölkədə şirkətlərimiz var. Mən onlayn qaydada dörd şirkət idarə edirəm, hesabatları alır və yoxlayıram. Əgər mühasib, auditor və hüquqşünas birləşməsə belə oğurluq mümkün deyil. Onlar birləşib pulu mənimsəyiblər. Axırda məcbur qalıb polisə üz tutdum. Təqsirləndirilən şəxsdən şikayətçiyəm və bütün pulumun qaytarılmasını tələb edirəm”.

İranlı milyonçu qadın Bakıda aldadılıb: Üç milyon manatımı mənimsəyiblər

Fərhad Əfəndiyev isə ittihamı qəbul etməyib. Onun sözlərinə görə, müəssisənin direktoru Seyfi Mirhəmid olub və onun mənimsəmədə iştirak edib-etmədiyini bilmir. Özünü təqsirli saymasa da, vurulmuş ziyanın bir hissəsini ödəyib.

Bundan əlavə, mənimsəmədə şirkətin direktoru işləmiş Seyfi Mirhəmidin də rol oynadığı bildirilir. Zərərçəkmiş onun da məsuliyyətə cəlb edilməsində maraqlı olsa da, Seyfi Mirhəmidin harada olması hələ müəyyən edilməyib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərhad Əfəndiyev xüsusilə külli miqdarda mənimsəmədə təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilib. Lakin onun yaşı və ağır dərəcəli ürək xəstəliyi nəzərə alınaraq, cəzanın şərti hesab edilməsinə qərar verilib. Məhkəmə zalından azadlığa buraxılan F.Əfəndiyevin avtomobili üzərinə qoyulmuş həbs də zərərçəkmişin razılığı ilə götürülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv