Ali Məhkəmənin sədri: “Artıq məhkəmələr təkcə qərarçıxaran orqanlar deyil, etimad doğuran institutlara çevrilib”

Ali Məhkəmənin sədri: “Artıq məhkəmələr təkcə qərarçıxaran orqanlar deyil, etimad doğuran institutlara çevrilib”






presstv

"Presstv"az #Ali Məhkəmə, #Audi, #Azərbaycan, #Hakim, #İlham Əliyev, #Konstitusiya və Suverenlik İli

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Məhkəmə hakimiyyətinin gücü təkcə qanunlarla və institutlarla deyil, həm də bu sistemdə xidmət edənlərin xarakteri və məsuliyyət hissi ilə ölçülür”.

presstvaz-ın məlumatına görə, bunu Beynəlxalq Hakimlər Assosiasiyasının (IAJ – International Association of Judges) 67-ci Baş Assambleyası çərçivəsində “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfransda Ali Məhkəmənin sədri İnam Kərimov deyib.

O qeyd edib ki, məhkəmə müstəqilliyi məhkəmə zalında başlamır, o, hakimin daxili dürüstlüyü və mənəvi inamından başlanır:

“Əgər ədalətlə hökm vermək istəyirsənsə, əvvəlcə özünə qalib gəl. Bu fikir əsrlər əvvəl böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi tərəfindən ölümsüzləşdirilib. Onun hikməti məhkəmə etikasının mahiyyətini tam şəkildə ifadə edir – dürüstlük və özünə nəzarətin ədalətin ilk qələbəsi olduğunu dərk etməyi”.

İ.Kərimov deyib ki, Azərbaycan bu yolda mühüm irəliləyişlər əldə edib:

“Prezident İlham Əliyevin – məhkəmə müstəqilliyinin konstitusion təminatçısının rəhbərliyi ilə məhkəmə sistemi dərin və davamlı islahatlardan keçib. Bu islahatlar məhkəmələri qanunun keşikçisi və ədalətin son hökm verəni kimi möhkəmləndirib. Artıq məhkəmələr təkcə qərarçıxaran orqanlar deyil, həm də etimad doğuran institutlara çevrilib”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv