Bəhlul Mustafazadənin atası: “Oğlum legioner həyatı yaşamaq istəyir”

Bəhlul Mustafazadənin atası: “Oğlum legioner həyatı yaşamaq istəyir”






presstv

"Presstv"az #"Qarabağ", #Audi, #Avropa, #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bəhlul legioner həyatı yaşamaq istəyir. Bu onun uşaqlıq arzusudur. Mən buna müsbət yanaşıram”.

presstvaz xəbər verir ki, bunu milli komandanın və “Qarabağ”ın 28 yaşlı müdafiəçisi Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev Futbolinfo.az saytına müsahibəsində deyib.

O bildirib ki, hələlik hər hansısa təklif yoxdur:

“Amma gəlsə, çox isti yanaşaram. İstəyərəm ki, öz arzusunu reallaşdırsın. Tək legioner həyatı yaşamaqla da iş düzəlmir. Elə istəmirik. Elə komanda olsun ki, Çempionlar Liqası və ya Avropa Liqasında çıxış etsin. Avropa arenalarında iştirak edən komandalar arasında yer alsın. Xaricdə elə komandalar var ki, ömürboyu Avropa arenalarında oynamır. Elə komandada oynamasını istəmərəm. Orta səviyyəli, amma ÇL və ya Avropa Liqasında çıxış edən komandada oynamasını istəyərəm”.

Futbolçunun atası Bəhlulun son oyunlardakı performansını da dəyərləndirib:

“Əlindən gələni etdi. Bu mövsüm yeni Bəhlul görəcəksiniz. Həm “Qarabağ”da, həm də milli komandada göstərdiyi oyun sübut edir ki, yaxşı formadadır və komandasına fayda verə bilir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv