Aleksey Overçuk: “Moskva, Bakı və Tehran Fars körfəzinə qədər uzanan logistika yaradırlar”

Aleksey Overçuk: “Moskva, Bakı və Tehran Fars körfəzinə qədər uzanan logistika yaradırlar”






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Bakı, #İran, #Nəqliyyat, #Rusiya, #Tehran

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Rusiya, Azərbaycan və İran Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər uzanan maneəsiz logistika ilə ümumi əmtəə bazarının formalaşdırılması işlərini sürətləndiriblər”.

presstvaz Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu RF baş nazirinin müavini Aleksey Overçuk Bakı, Tehran və Moskva arasında nəqliyyat, energetika və gömrük sahəsində əməkdaşlıq məsələlərinə həsr olunmuş üçtərəfli görüşdə bəyan edib.

“Qarşıda bizi maneəsiz logistika, ahəngdar qayda və standartlarla ümumi əmtəə bazarının formalaşdırılmasına yönəldilmiş çoxlu sayda maraqlı iş gözləyir. Rusiya və Azərbaycan, Rusiya və İran, habelə İran və Azərbaycan arasında dinamik inkişaf edən möhkəm əlaqələr regionda nəqliyyat əlaqələrinin inkişafı, habelə Barens və Baltik dənizlərindən Fars körfəzinə qədər uzanan maneəsiz logistikanın təmin edilməsi üzrə əlaqələndirilmiş işlərin sürətləndirilməsinə şərait yaradır”, – deyə o qeyd edib.

Overçukun sözlərinə görə, bu yolla üç ölkənin əmtəə istehsalçıları, ixracatçıları və idxalatçılarına ən yaxşı rəqabət şərtləri yaradılır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv