Tramp təsdiqlədi: “İsrail və HƏMAS arasında müharibə bitdi”

Tramp təsdiqlədi: “İsrail və HƏMAS arasında müharibə bitdi”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Benyamin Netanyahu, #Donald Tramp, #İsrail, #Jurnalistlər, #Kitab, #Misir, #Müharibə, #Qəzza, #Qəzza zolağı, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS arasında müharibənin bitdiyini bəyan edib.

presstvaz-ın Kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə Tramp İsrail parlamentindəki çıxışından əvvəl jurnalistlərə müsahibəsində bildirib.

ABŞ lideri, həmçinin HƏMAS-ın tərksilah planını yerinə yetirəcəyinə əminliyini də ifadə edib.

“Bu mənim üçün böyük şərəfdir. Böyük və gözəl gün, yeni başlanğıc”, – deyə Donald Tramp Knessetin qonaqlar kitabında yazıb.

Donald Trampı parlamentdə İsrailin Baş naziri Benyamin Netanyahu müşayiət edir.

Qeyd edək ki, Qəzza zolağında atəşkəs Donald Trampın sülh planı çərçivəsində oktyabrın 10-da qüvvəyə minib. Oktyabrın 13-də imzalanma mərasimi nəzərdə tutulub və tədbirlər Misirdə baş tutacaq.

Tramp artıq səkkizinci müharibəni bitirdiyini və vəzifədə olduğu müddətdə milyonlarla insanın həyatını xilas etdiyini də bəyan edib.

Trampın çıxış edəcəyi Knessetdə (İsrail parlamenti) üzərində “Tramp – sülh prezidenti” yazısı olan papaqlar paylanılıb.

Tramp təsdiqlədi: İsrail və HƏMAS arasında müharibə bitdi


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv