Azərbaycanda yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq

Azərbaycanda yeni tikilən çoxmərtəbəli binaların istismar müddəti azı 100 il olacaq






presstv

"Presstv"az #Audi, #Avto, #Ədliyyə Nazirliyi, #Nəqliyyat

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “Yüksək binalar və komplekslər. Layihələndirmə normaları”nı təsdiqləyib.

presstvaz “Report”a istinadən xəbər verir ki, bununla bağlı kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb.

Qərara əsasən, binaların layihələndirilməsi layihə tapşırığı üzrə yerinə yetirilməlidir. Belə ki, layihələndirilən yüksək binalar yüksək məsuliyyət səviyyəsinə aiddir və konstruksiyalarının hesablama istismar müddəti 100 ildən az olmayaraq qəbul edilməlidir.

Yüksək binalar üçün məsuliyyətlilik üzrə etibarlılıq əmsalının qiyməti xüsusi texniki şərtlərlə təyin olunur və aşağıdakı qiymətlərdən kiçik qəbul edilmir:

– binanın hündürlüyü 100 m-dək olduqda – 1.1;

– binanın hündürlüyü 100 m-dən 150 m-dək olduqda – 1.15;

– binanın hündürlüyü 150 m-dən 200 m-dək olduqda – 1.2.

Bundan başqa, tikinti layihəsinin tərkibinə binanın və mühəndis sistemlərinin əsas xüsusiyyətlərini özündə əks etdirən binanın texniki pasportu daxil edilməlidir. Layihə sənədlərində bina konstruksiyalarının inşası və mühəndis sisteminin quraşdırılması işlərində həddi sapmalar qeyd edilməlidir.

Həmçinin yüksək binaların və komplekslərin yanğından mühafizə layihələrində avtomatlaşdırılmış yanğınsöndürmə və yanğın xəbərdaredici sistemləri (siqnalizasiyası) nəzərdə tutulmalıdır.

Bitişik ərazilərdə binaların sayından, təyinatından və həcmi-planlaşdırma həllərindən asılı olmayaraq aşağıdakı abadlıq elementləri nəzərdə tutulmalıdır:

– baş yollara giriş və çıxışlar;

– avtomobil duracaqları;

– istirahət zonaları;

– yaşıllıq zonaları;

– xüsusi avtomobil nəqliyyatı ilə tullantıların yığılması üçün tutumların yerləşdirilməsi.

Tikinti ərazisi 9 ha-dan çox olan bina kompleksinin ətrafı boyu dairəvi yol layihələndirilməlidir. Binalarla yol arasında məsafə 25 m-dən çox olmamalıdır.

Binaların təyinatından asılı olaraq bitişik ərazilərdə abadlıq və xidmətlərin başqa elementləri də yerləşdirilə bilər.

Komitənin Ümumi işlər və ictimaiyyətlə əlaqələr şöbəsinə və Hüquq şöbəsinə bu qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv