Xətai RİH-də qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüş keçirildi

Xətai RİH-də qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərlə görüş keçirildi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Hakim, #İlham Əliyev, #Milli Məclis, #Orta məktəb, #Təbrik, #Təhsil, #Xətai Rayon İcra Hakimiyyəti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sentyabrın 11-də Xətai Rayon İcra Hakimiyyətində (RİH) yüksək bal toplayaraq ali təhsil müəssisələrinə daxil olan gənclərlə görüş keçirilib.

Tədbirdə Xətai RİH başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Zahid Oruc, Pərvanə Vəliyeva, YAP Xətai rayon Təşkilatının sədri Ramil Mirzəyev, rayon prokuroru Sərdar İmanov, rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, məktəb direktorları, yüksək nailiyyət göstərərək tələbə adını qazanan gənclər iştirak ediblər.

Öncə müstəqilliyimizin, ərazi bütövlüyümüzün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Xətai RİH başçısı Rafiq Quluyev tələbə adını qazanan bütün orta məktəb məzunlarını bu böyük uğur münasibətilə ürəkdən təbrik edərək bildirib ki, əvvəlki illərdə olduğu kimi, 2024-2025-ci tədris ili də bizim üçün uğurlu olub. Belə ki, 2024-2025-ci tədris ilində orta məktəbi bitirən 4 380 nəfər məzundan 3 040 nəfəri tələbə adını qazanıb. 81 nəfər məzunumuz 650-dən yuxarı bal toplayıb. Bu rəqəm keçən il 61 olub. 5 məktəbin qəbul göstəricisi 100 faiz olub. 19 məzunumuz məktəbi qızıl medalla bitirib.

İcra başçısı bildirib ki, Azərbaycanda son illərdə elmin və təhsilin inkişafı ilə bağlı həyata keçirilən kompleks tədbirlər, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəni dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, təhsil işçilərinə hərtərəfli qayğı dövlətin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. Həmçinin təhsil işçilərinin əməkhaqqının artırılması, onların mükafatlandırılması, fəxri adlarla təltif edilməsi, müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi, müasir standartlara uyğun yeni məktəb binalarının inşa edilərək istifadəyə verilməsi istiqamətində görülən işlər Azərbaycanda təhsilin inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının bariz nümunəsidir.

Daha sonra çıxış edənlər gəncləri təbrik edərək bildiriblər ki, “Təhsil millətin gələcəyidir” ifadəsini şüar səviyyəsinə yüksəldən ulu öndər respublikanın gələcək inkişafının məhz təhsillə bağlı olduğunu vurğulamış və rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanda təhsilin inkişafına xüsusi qayğı ilə yanaşmışdır. Həmin qayğı bu gün də davam etməkdədir. “Hər bir ölkənin bu günü və gələcəyi təhsillə bilavasitə bağlıdır”, – deyən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təhsili ümumi inkişafın əsas istiqaməti kimi müəyyənləşdirib. Təhsil insanın potensialını ortaya qoymasına, gələcəyin savadlı, uğurlu kadrı kimi yetişməsinə kömək edir. Azərbaycanın təhsil sisteminin müasir dövrün qlobal çağırışlarına uyğun şəkildə qurulması istiqamətində bütün zəruri addımlar atılır. Gənc nəslə xüsusi diqqət göstərilir, onların ölkənin ictimai-siyasi, sosial-iqtisadi həyatında fəal iştirakı üçün geniş imkanlar yaradılır.

Sonda ali məktəblərə qəbul zamanı yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər çıxış edərək, onlara yaradılan şəraitə, diqqət və qayğıya görə ölkə başçısına öz təşəkkürlərini bildiriblər. Həmçinin qeyd ediblər ki, hər il ənənəvi olaraq yüksək bal toplayan tələbələrlə rayon ictimaiyyətinin görüşü gəncləri daha da ruhlandırır: “Çox xoşbəxtik ki, buna müvəffəq ola bildik. Çalışacağıq ki, ali təhsilimizi də uğurla başa vurub respublikamızın inkişafına öz töhfəmizi verək”.

Sonda gənclərə fəxri fərman və hədiyyələr təqdim edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv