İcraçı direktor: “ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı tenderlərdə təkliflərini məmnuniyyətlə verəcəklər”

İcraçı direktor: “ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı tenderlərdə təkliflərini məmnuniyyətlə verəcəklər”






presstv

"Presstv"az #ABŞ, #Audi, #Ermənistan, #İran, #Qazax, #Qazaxıstan, #Rusiya, #Türkiyə, #Zəngəzur dəhlizi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“ABŞ şirkətləri Zəngəzur dəhlizi ilə bağlı layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar”.

presstvaz “Report”a istinadən xəbər verir ki, ABŞ İnkişaf Maliyyələşdirmə Korporasiyasının (DFC) icraçı direktoru Kennet Angell deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizi (Tramp yolu) ilə bağlı bir sıra geosiyasi amillər var:

“Bir tərəfdə Rusiya, digər tərəfdə İran bu dəhlizin açılmasını istəmir. Türkiyə isə dəhlizin açılmasını dəstəkləyir. Ermənistanda bunu görmək istərdi, çünki onlar marşrutdan keçən yüklərə görə rüsum toplamaq imkanını bir üstünlük kimi görürlər. Hesab edirəm ki, bu proses müəyyən təhlükəsizlik zəmanətlərini, həmçinin diplomatiyanı tələb edəcək. Amma bu, iqtisadi inkişafdan fərqli bir məsələdir”.

Kennet Angell əlavə edib ki, hazırda “Tramp marşrutu” hələ erkən mərhələdədir:

“Amma yol açılıb fəaliyyətə başladıqdan sonra ABŞ şirkətləri layihələrdə iştirak etmək, tenderlərdə öz təkliflərini vermək imkanını məmnuniyyətlə qarşılayacaqlar. Hansı şirkətin ən yaxşı təkliflə çıxış etməsi isə o zaman məlum olacaq”.

Qazaxıstanda Amerika Ticarət Palatasının icraçı direktoru Ceff Erliç isə bu məsələ ilə bağlı vurğulayıb ki, ABŞ şirkətləri dünyanın aparıcı şirkətləridir:

“ABŞ texnologiyasına, kapitalına, bacarıqlarına və məhsullarına böyük tələbat var. Ümid edirəm ki, bu sahədə də müəyyən imkanlar olacaq”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv