Azərbaycan Mərkəzi Bankı, “AzFina” və “PashaPay” “Fintex Üfüqləri Forumu” keçirdi

Azərbaycan Mərkəzi Bankı, “AzFina” və “PashaPay” “Fintex Üfüqləri Forumu” keçirdi






presstv

"Presstv"az #Audi, #Azərbaycan, #Azərbaycan Mərkəzi Bankı (AMB), #PashaPay

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

3 sentyabr 2025-ci il tarixində Azərbaycan Mərkəzi Bankı (AMB), Azərbaycan Fintex Assosiasiyasının (AzFina) və “PashaPay”in birgə təşkilatçılığı ilə “Fintex Üfüqləri Forumu” keçirilib. Forum, ölkənin fintex ekosistemində aparıcı şirkətləri bir araya gətirərək, “AniPay” (Ani Ödənişlər Sistemi – AÖS) və Hökumət Ödəniş Portalının, o cümlədən QR ödənişlərin imkanları, rəqəmsal transformasiya istiqamətləri və maliyyə xidmətlərinin gələcəyi üzrə müzakirə platforması təqdim edib.

Forumda fintex şirkətləri bir araya gələrək “AniPay” və Hökumət Ödəniş Portalının imkanları, eləcə də QR və digər innovativ rəqəmsal həlləri müzakirə ediblər;

Ödəniş təşkilatları və elektron pul təşkilatlarının fəaliyyətlərinin

tənzimlənməsi üzrə dəyişikliklər və yeniliklər ətrafında məruzələr dinlənildi;

Fərdlər, fintexlər və KOB-lar üçün çıxış imkanlarını genişləndirən sistem, AMB dəstəyi ilə təhlükəsizlik və uyğunluğu təmin edir.

Forumun əsas məqsədi rəqəmsal ödənişlərin tətbiqini sürətləndirmək və maliyyə texnologiyalarında innovasiyanı stimullaşdırmaq olub. 2024-cü ildə nağdsız əməliyyatların 66% artması, “AniPay”in ölkənin rəqəmsal iqtisadiyyatındakı önəmini daha da aktuallaşdırıb.

Tədbir çərçivəsində iştirakçılar AÖS infrastrukturu üzərində qurulmuş innovativ ödəniş məhsulları, yeni tənzimləmə tələblərinə uyğun xidmət modelləri və 24/7 fəaliyyət göstərən sistemlərə əsaslanan biznes həlləri üzərində işləyiblər. Məqsəd – mövcud texnologiyanı daha effektiv istifadə etməklə, real bazar ehtiyaclarına cavab verən praktik modellər hazırlamaq olub. Uğurlu həllər təklif edən komandalara sertifikatlar təqdim olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv