Xocalıda 2,8 milyon manatlıq işlərə başlanılır

Xocalıda 2,8 milyon manatlıq işlərə başlanılır






presstv

"Presstv"az #Xocalı rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xocalı rayonunun Xanyurdu, Təzəbinə, Daşbulaq və Badara yaşayış məntəqələrinin xarici və daxili elektrik təchizatının təmin olunması məqsədilə 35 kV-luq elektrik veriliş xəttinin çəkilməsinə və KTM-lərin quraşdırılmasına başlanılır.

presstvaz-ın məlumatına görə, sözügedən işlər Xocavənd, Ağdərə və Xocalı rayonlarında yaşayış məntəqələrinin xarici elektrik təchizatının təmin olunması çərçivəsində həyata keçirilir.

Belə ki, "Azərişıq" Açıq Səhmdar Cəmiyyəti (ASC) qeyd olunan işlərin icrasını "19 Saylı Tikinti Təmir İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə bağlayıb.

Müqaviləyə əsasən, şirkətə 2 786 950 manat ödənilib.

İşlərin həvalə olunduğu "19 Saylı Tikinti Təmir İdarəsi" MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 890 min manat olan MMC-nin qanuni təmsilçisi Aslanov Loğman Fərəc oğludur.
 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv