Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır

Azərbaycanda Qızıl Xaç Komitəsinin fəaliyyəti dayandırılır






presstv

"Presstv"az #Azərbaycan, #Ceyhun Bayramov, #Ermənistan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avqustun 1-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) missiyası yekunlaşan Azərbaycan Nümayəndəliyinin rəhbəri Draqana Koyiçi ölkəmizdəki diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

presstvaz bildirir ki,  bu barədə XİN-dən   verilən məlumata görə, nazir Ceyhun Bayramov xanım Draqana Koyiçə Azərbaycanda fəaliyyəti müddətində əməkdaşlığın inkişafı istiqamətində göstərdiyi səylərə görə təşəkkür edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər görüşdə BQXK-nın ölkəmizdəki son 33 illik fəaliyyəti, Azərbaycanla-Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, mina təhdidi, itkin düşmüş şəxslərin aqibəti kimi məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Görüşdə qarşı tərəf Azərbaycan Hökuməti tərəfindən təşkilatın fəaliyyətinə göstərilən dəstəyə və əməkdaşlığa görə məmnunluğunu ifadə edib.

Nümayəndəliyin fəaliyyətini cari ilin sentyabr ayının əvvəli dayandırmasından sonra da BQXK ilə Cenevrədə yerləşən baş qərargah vasitəsilə əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.\axar.az/


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv