“Apple” ilk dəfə Çindəki mağazasını bağlayır

“Apple” ilk dəfə Çindəki mağazasını bağlayır






presstv

"Presstv"az #ABŞ, #Apple, #Çin, #Donald Tramp, #iPhone

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

ABŞ-nin “Apple” şirkəti ilk dəfə Çindəki brend mağazasını bağlayacaq.

presstvaz xəbər verir ki, bu barədə “21st Century Business Herald” nəşri məlumat yayıb.

Çinin şimal-şərqində yerləşən Dalyan şəhərindəki “Apple”ın mağazası avqustun 9-da bağlanacaq. Şirkət bağlanma səbəbini açıqlamayıb. Dalyandakı mağaza 2015-ci ilin oktyabrında açılıb.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp “Apple” şirkətindən “iPhone” istehsalını ABŞ-yə köçürməyi tələb edib və əks halda rüsum tətbiq edəcəyi ilə hədələyib. Eyni zamanda, D.Tramp Çin mallarına 145%-lik tarif tətbiq edib və yaxın həftələrdə elektronika məhsulları üçün ayrıca tariflərin qüvvəyə minəcəyi gözlənilir. Bu qərarlar “Apple”ın istehsalının 90%-dən çoxunun Çində həyata keçirilməsi fonunda şirkət üçün ciddi problemlər yaradıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv