Stress yuxunu və yaddaşı necə pozur?






presstv

"Presstv"az #Stres

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Beynəlxalq neyrobioloqlar qrupu stressin yuxuya və yaddaşa necə təsir etdiyini kəşf edib. Bu prosesdə əsas rolu kortikotropin-relizinq hormonu (CRH) ifraz edən neyronlar oynayır. Onlar hipotalamusun paraventrikulyar nüvəsində yerləşirlər. 

presstvaz xəbər verir ki, tədqiqatın nəticələri "Journal of Neuroscience" (JNeuro) jurnalında dərc olunub.

Siçanlar üzərində aparılan təcrübələrdə elm adamları CRH neyronlarını aktivləşdirdilər və ağır stressin tipik nəticələrini qeyd ediblər: məkan yaddaşının pisləşməsi və yuxu müddətinin azalması. Bununla belə, stressə məruz qalma zamanı bu hüceyrələrin fəaliyyəti sıxışdırıldıqda, əks təsir müşahidə edilib – idrak funksiyalarının yaxşılaşması və daha dərin, daha uzun yuxu.

Tədqiqatçılar CRH neyronlarının yuxu və oyaqlıq dövrlərini tənzimləyən beynin bir hissəsi olan lateral hipotalamusla əlaqələrinə xüsusi diqqət yetiriblər. Bu əlaqənin çox vacib olduğu ortaya çıxıb: onun bloklanması stressin yuxu və yaddaşa mənfi təsirlərini aradan qaldırır. 

Müəlliflər vurğulayırlar ki, kəşf yuxusuzluqdan tutmuş yaddaş problemlərinə qədər stress pozğunluqlarının müalicəsində yeni yanaşmaların işlənib hazırlanması üçün əsas ola bilər. Gələcəkdə insanlar üçün də oxşar tədqiqatların aparılması planlaşdırılır./hit.az


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv