Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı – Təbiətə 159 min manatlıq ziyan dəyib

Yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkarlandı – Təbiətə 159 min manatlıq ziyan dəyib






presstv

"Presstv"az #Araşdırma, #Bakı, #Biləsuvar, #Binəqədi rayonu, #Dövlət Ekoloji Təhlükəsizlik Xidməti, #Salyan

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Biləsuvar və Salyan rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olunub.

presstvaz xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən bildirilib.

Araşdırma zamanı Bakı şəhərində Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi ərazisində, Nizami rayonu, 2527-ci məhəllədə, “Qismət-M House” MTK tərəfindən təmir-bərpa işləri aparılan sahədə ağacların kəsilməsi müəyyənləşdirilib.

Biləsuvar rayonu ərazisində və Salyan rayonunun Sarvan kəndində də ağac və kolların qanunsuz kəsilməsi aşkar edilib. Faktlarla bağlı yaşıllıqlara ümumilikdə 158 970 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv