Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb

Köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb






presstv

"Presstv"az #Abşeron rayonu, #Ağcabədi, #Ailə, #Azərbaycan, #Azərbaycan Ordusu, #Bakı, #Böyük Qayıdış, #Füzuli, #İlham Əliyev, #İmişli, #Laçın rayonu, #Məcburi köçkün, #Qaradağ rayonu, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Mayın 31-də doğma yurduna yola salınan köç karvanı Laçın rayonunun Bəylik kəndinə çatıb.

presstvaz “Report”a istinadən xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülüb.

Beləliklə, bugünkü köç də nəzərə alınmaqla kəndə ümumilikdə 89 ailə (363 nəfər) köçürülüb.

06:52

Bakının Qaradağ rayonundan Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb.

presstvaz xəbər verir ki, bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülür.

06:34

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

presstvaz xəbər verir ki, Laçın rayonunun Bəylik kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən, yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Bəylik kəndinə 38 ailə – 153 nəfər köçürülür.

Onlardan Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda məskunlaşan yeddi ailə (27 nəfər) Qaradağ rayonu Lökbatan qəsəbəsindən, Ağcabədi, Bərdə, İsmayıllı, İmişli və Beyləqan rayonlarında məskunlaşmış 31 ailə (126 nəfər) isə Füzuli rayonunun Əhmədbəyli kəndindən doğma yurdlarına yola salınacaq.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, oraya köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv