Planetin “ağciyərləri” yoxa çıxır: 2024-cü ildə dünyada rekord sayda meşə sahəsi məhv olub

Planetin “ağciyərləri” yoxa çıxır: 2024-cü ildə dünyada rekord sayda meşə sahəsi məhv olub






presstv

"Presstv"az #Braziliya, #Kanada, #Meşə, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçən il dünyada tropik qurşaqlarda meşə örtüyü 6.7 milyon hektar azalıb ki, bu da son 20 illik monitorinqə əsasən ən böyük itki hesab olunur.

presstvaz xəbər verir ki, bu barədə məlumat Dünya Resursları İnstitutu (WRI) və Merilend Universitetinin dərc etdiyi “Global Forest Watch” illik birgə tədqiqatında təqdim olunub.

Qeyd olunur ki, tropik meşələrin məhv olması əlavə olaraq 3.1 milyard ton karbon qazı emissiyası ilə nəticələnib.

Tədqiqatçıların fikrincə, həm tropik meşələrin, həm də ümumilikdə meşələrin məhv olması əsasən yanğınlarla bağlıdır. Hesabat müəllifləri bildiriblər ki, bu vəziyyətin əsas səbəbi iqlim dəyişikliyidir: 2024-cü il müşahidələr tarixində ən isti il olub.

Braziliya il ərzində məhv olan tropik meşə sahəsinə görə (6.7 milyon hektar) birinci yerdə qərarlaşıb.

Hesabatda əsas diqqət tropik meşələrə yönəlsə də, Sibir və Kanadada tayqa meşələrinin də yanğınlar səbəbindən ciddi şəkildə məhv olduğu vurğulanır. Müəlliflərin məlumatına görə, 2024-cü ildə Rusiyada meşə sahəsi 5.6 milyon hektar, Kanadada isə təxminən 4 milyon hektar azalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv