Gəncə Dövlət Filarmoniyasında klassik gecə təqdim olunub (FOTO)

Gəncə Dövlət Filarmoniyasında klassik gecə təqdim olunub (FOTO)






Şəhla Xəlili

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə ilk dəfə klassik gecə təqdim olunub.

presstvaz   xəbər verir ki, klassik gecənin ay ərzində bir dəfə təqdim olunması nəzərdə tutulub.

Sözügedən gecənin keçirilməsinin məqsədi Gəncədə fəaliyyət göstərən istedadlı gənc klassik ifaçıları üzə çıxarmaqdır.

Gecədə Üzeyir Hacıbəylinin “Koroğlu” operasından Həsən xanın ariyası, Asəf Zeynallının “Ölkəm” romansı, Fikrət Əmirov “Sevil” operasından “Balaşın mahnısı”,“Dilbərin nəğməsi”, Niyazinin “Arzu” və Asəf Zeynallının “Ölkəm” romansları, Cakomo Puççininin “Gianni Schichi” operasından “Laurettanın” ariyası, Ernest de Kurtisin “Sorentoya qayıt”, Corc Bizenin “Karmen” operasından Toreador Xalq artisti Sevinc İbrahimova, Əməkdar Mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Tural Abdullayev, Əməkdar artist Kəmalə Tağızadə, Vasif Bayramov, Rüstəm Cəfərov, Fidan Məmmədzadə, Qaya Nəsibzadənin ifasında səsləndirilib.

Konsert proqramı qeyri-adi formatda tamaşaçılara təqdim olunub. Konsert tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb.

İnformasiya dəstəyi – Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.