DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət etdi

DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət etdi






presstv

"Presstv"az

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

DYP Ramazan bayramı ilə əlaqədar əhaliyə müraciət edib.

presstvaz   xəbər verir ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsi bayram günləri ilə əlaqədar qeyri-iş günlərində avtonəqliyyat vasitələrində səfərə çıxanların sayının əhəmiyyətli dərəcədə artacağını nəzərə alaraq, sürücü və sərnişinlərdən bir sıra qaydalara ciddi əməl etmələri xahiş olunur.

İlk növbədə səfərə hazırlaşan sürücülər bayram günlərində xoşagəlməz hadisələrin yaşanmaması üçün nəqliyyat vasitələrinin sazlığına diqqət yetirməli, hərəkət zamanı təhlükəsizlik kəmərini bağlamalı, sərnişinlər də bu qaydaya sözsüz əməl etməlidirlər. Dəyərli sürücülər, yorğun, yuxusuz halda sükün arxasına əyləşməkdən çəkinin, uzaq məsafə qət edərkən DYP-nin stasionar postlarında yaradılan şəraitdən istifadə etməklə qısa müddətli olsa da istirahət edin!

Unutmayın ki, sürət rejiminə, ötmə və manevr etmə qaydalarına ciddi riayət etmək, yol və hava şəraitini düzgün qiymətləndirmək həm özünüzün, sərnişinlərinizin, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün vacib şərtdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv